Skip to content

Növbəti addımınızı BROOK-da atın!

BROOK texnologiya və dil bacarıqlarında karyera hədəfinizə çatmaq üçün lazım olan alətlər, resurslar və dəstəyi verir.

Haqqımızda Əlaqə

Hər hansı bir sualınız olarsa, hər zaman 24/7 mövcud olan və ən qısa zamanda cavab verəcək dəstək komandamızla əlaqə saxlaya bilərsiniz.

Aktiv vakansiyalar

Aktiv vakansiyalar hər zaman yenilənən veb saytımızda qeyd edilir.

Conversation speaker 400+ azn

Ümumi İngilis dili dərslərinin tələbələri üçün conversation dərslərini həyata keçirmək.

English tutor 500+ azn

Ümumi İngilis dili dərslərinə qatılan tələbələrə əsas dərslərin tədrisini həyat keçirmək.

Missiyamız

İnsanlara müasir bacarıqları öyrənməyə kömək etməklə şəxsi və peşəkar həyatlarını dəyişdirmək imkanı veririk.

2+
İldir xidmətinizdəyik
6+
Məhsullar və xidmətlər
25+
Sizin üçün dərslər

Müasir iş şəraiti

Regionda ən müasir texnoloji imkanlara və akademik partnyorlara malik özəl təhsil müəsisəsiyik.

Karyerada yüksəliş

Daim inkişaf edən və böyüyən BROOK ailəsində hər zaman karyera yüksəlişi üçün imkanlar mövcuddur.

Özünü inkişaf proqramları

BROOK-da çalışan şəxslər üçün mütəmadi olaraq özünü inkişaf proqramları həyata keçirilir. Proqramlar sayəsində BROOK əməkdaşları ödənişsiz olaraq müxtəlif təlimlərdən yararlana bilər.

Bərabər imkanlar

BROOK-da çalışan vəə təhsil alan istənilən fərdə bərabər imkanlar bəxş edilir. Dinindən, cinsindən, siyasi fikirlərindən asılı olmayaraq hər kəsin fərq qoyulmadan bərabər formada iş və təhsil imkanlarından yararlanması mümkündür.

FAQs

BROOK-da tətbiq edilən ümumi iş standartları ilə bağlı sizdə yaranan suallarınıza cavab tapa bilərsiniz.

BROOK-da iş saatları necədir?

BROOK-da təlimçilərin iş saatları əvvəlcədən qarşılıqlı şəkildə müəyyən edilir. Gündəlik iş saatları dərs qruplarından və keçirilən dərs sayından asılı olaraq dəyişir.

BROOK-da əmək haqqı necə hesablanır?

BROOK-da əmək haqqı saatlıq olaraq hesablanır. Həm uşaqlar həm də, böyüklər üçün nəzərdə tutulmuş dərslərin saatlıq əmək haqqısı dərslərdən asılı olaraq 5 azn-dən 25 azn-ə qədərdir.

Təlimçilər eyni zamanda başqa yerdə işləyə bilər?

BROOK-da çalışan təlimçilərin eyni zamanda məktəb və universitet kimi dövlət təhsil müəsisələri xaric başqa özəl təhsil müəsisələrində çalışması məqsədə uyğun deyil.

Təlimçilər dərslərdə öz metodlarını istifadə edə bilər?

BROOK-da çalışan təlimçilər əvvəlcədən təyin edilmiş və akademik partnyorlarımızıınn tədris proqramı ilə dərsləri keçə bilər. Kənar metod və vasitələrin tətbiqi yol verilməzdir.

Təlimçilər dərsdən kənar saatlarda nə etməlidir?

Təlimçilərin dərsdən kənar müddətdə BROOK-un ofisində dayanmaq məcburiyyəti yoxdur. İstəyə bağlı olaraq bu müddətdə özünü inkişaf proqramlarından istifadə edə bilərlər.

Təlimçilər tələbələrə əlavə vəsait verə bilər?

Təlimçilər dərsdə keçilən mövzular və həmin mövzuya aid ev tapşırıqlarından kənar heç bir vəsait və materialı tələəbələrə tövsiyyə edə yaxud verə bilməz.

Back To Top