Skip to content

Dərslər

Bu kurs sayəsində iştirakçılar Microsoft Office proqramlarını işlədikləri yerlərdə rahat formada istifadə edərək kargüzarlıq sənədlərini düzgün hazırlayıb sənəd dövriyyəsi və ofis idarəçiliyi üzrə peşəkar biliklər qazanacaqlar. Dərsə qatılan şəxslər kargüzarlıq və ofis proqramlarının sirlərini öyrənməklə sürətli yüksəliş əldə edib iş imkanlarını genişləndirəcəklər.

Word

Sənədləri peşəkar səviyyədə hazırlayın və fərqinizi göstərin.

Excel

Məlumatları gücə çevirin və qərarlarınızı dəqiq göstərin.

PowerPoint

Fikirlərinizi təqdimatlara çevirərək auditoriyanı heyran edin.

Outlook

Məktublarınızı, görüşlərinizi və iş prosesini sürətli idarə edin.

Vacib məlumat

Ümumi kompüter bilikləri dərslərinə 12 yaşdan yuxarı şəxslər qatıla bilər.

Dərs metodu

Dərslər 50% nəzəri, 50% praktiki fəaliyyətlərdən ibarətdir. Öyrənilmiş nəzəri biliklərin praktiki tapşırıqlar üzərində həyata keçirilməsi dərsi daha dərindən mənimsəməyə şərait yaradır.

Nəzəri dərslər

Proqramda nəzərdə tutulmuş nəzəri bilgilər tədris edilir.

Praktiki dərslər

Öyrənilmiş bilgilər praktiki tapşırıqlarla reallığa çevrilir.

Kurs və dərs müddəti

Ümumi kurs müddəti seçdiyiniz cədvəldən asılı olaraq dəyişə bilər.

HƏFTƏLİK DƏRS SAYI

2 dəfə

DƏRSLƏRİN MÜDDƏTİ

90 dəqiqə

ÜMUMİ DƏRS SAYI

24 dərs

Vacib məlumat

Dərslərə qatılan şəxslərin özləri ilə kompüter gətirməyi tələb edilmir. Dərs saatı bitdikdən sonra bütün tələbələr kompüter laboratoriyalarımızda praktiki olaraq sərbəst məşğul ola bilərlər.

Tədris planı

Ümumi İngilis dili kursunun bütün səviyyələri üzrə tədris planına baxa bilərsiniz.

Tədris planı Modul 1

Word – Sənəd hazırlığı

Tədris planı Modul 2

Excel – Cədvəllər və hesabatlar

Tədris planı Modul 3

PowerPoint – Təqdimat və çıxış bacarıqları

Tədris planı Modul 4

Outlook – Elektron yazışmalar və idarəetmə

Tədris planı Modul 5

Kargüzarlıq işlərinin əsasları və ESD

Tədris planı Modul 6

Ofisdə iş bacarıqları və ünsiyyət

Sertifikat

Kursu müvəffəqiyyətlə başa vuran tələbələrə iştirak sertifikatı təqdim edilir. Ümumi 100 bal olaraq dəyərləndirilən, bilik göstərici sertifikatı isə yalnız 70 balın üzərində nəticə göstərən tələbələrə verilir.

İştirak sertifikatı

Kursu sona qədər tamamlayan bütün tələbələrə verilir.

Bilik səviyyə sertifikatı

Yalnız 70 baldan yuxarı nəticəsi olan tələbələrə verilir.

Vacib məlumat

Bilik səviyyə sertifikatını əldə edən tələbələrin istəyinə bağlı olaraq, iş yerlərinə yaxud təhsil almaq istədikləri müəsisələrə BROOK tərəfindən referans məktubu təqdim ediilir.

Kursun ödənişi

Sizə uyğun qiymət paketlərindən birini seçə bilərsiniz.

1 dərs
40 azn/1 dərs üçün

Bu paketi seçməklə ümumi 960 AZN olan 24 dərslik kurs ödənişini hissəli formada ödəmək imkanı qazanırsınız.

24 dərs
480 azn/ümumi kurs

Bu paketi seçməklə ümumi 960 AZN olan 24 dərslik kurs ödənişinə 480 AZN endirim əldə edirsiniz.

Vacib məlumat

Kursa müraciət edən şəxslərin qeydiyyat zamanı ilk ayın ödənişini etməkləri vacibdir. Əks halda həmin şəxs qeydiyyata alınmayacaq. Tələbələr qeydiyyata alındıqdan sonra dərslərin başlamasına qədər 1-15 gün zaman keçə bilər.

Back To Top