Skip to content

Make your next move in BROOK!

BROOK gives you the tools, resources, and support you need to reach your career goal in tech and language skills.

Haqqımızda Contact

If you have any questions you can always contact our support team which are available 24/7 and will reply asap.

Aktiv vakansiyalar

Aktiv vakansiyalar hər zaman yenilənən veb saytımızda qeyd edilir.

Conversation speaker 400+ azn

Ümumi İngilis dili dərslərinin tələbələri üçün conversation dərslərini həyata keçirmək.

English tutor 500+ azn

Ümumi İngilis dili dərslərinə qatılan tələbələrə əsas dərslərin tədrisini həyat keçirmək.

Our Mission

We empower people to transform their personal and professional lives by helping them learn modern skills.

2+
İldir xidmətinizdəyik
6+
Products & Services
25+
Lessons to Explore

Müasir iş şəraiti

Regionda ən müasir texnoloji imkanlara və akademik partnyorlara malik özəl təhsil müəsisəsiyik.

Karyerada yüksəliş

Daim inkişaf edən və böyüyən BROOK ailəsində hər zaman karyera yüksəlişi üçün imkanlar mövcuddur.

Özünü inkişaf proqramları

BROOK-da çalışan şəxslər üçün mütəmadi olaraq özünü inkişaf proqramları həyata keçirilir. Proqramlar sayəsində BROOK əməkdaşları ödənişsiz olaraq müxtəlif təlimlərdən yararlana bilər.

Bərabər imkanlar

BROOK-da çalışan vəə təhsil alan istənilən fərdə bərabər imkanlar bəxş edilir. Dinindən, cinsindən, siyasi fikirlərindən asılı olmayaraq hər kəsin fərq qoyulmadan bərabər formada iş və təhsil imkanlarından yararlanması mümkündür.

FAQs

BROOK-da tətbiq edilən ümumi iş standartları ilə bağlı sizdə yaranan suallarınıza cavab tapa bilərsiniz.

BROOK-da iş saatları necədir?

BROOK-da təlimçilərin iş saatları əvvəlcədən qarşılıqlı şəkildə müəyyən edilir. Gündəlik iş saatları dərs qruplarından və keçirilən dərs sayından asılı olaraq dəyişir.

BROOK-da əmək haqqı necə hesablanır?

BROOK-da əmək haqqı saatlıq olaraq hesablanır. Həm uşaqlar həm də, böyüklər üçün nəzərdə tutulmuş dərslərin saatlıq əmək haqqısı dərslərdən asılı olaraq 5 azn-dən 25 azn-ə qədərdir.

Təlimçilər eyni zamanda başqa yerdə işləyə bilər?

BROOK-da çalışan təlimçilərin eyni zamanda məktəb və universitet kimi dövlət təhsil müəsisələri xaric başqa özəl təhsil müəsisələrində çalışması məqsədə uyğun deyil.

Təlimçilər dərslərdə öz metodlarını istifadə edə bilər?

BROOK-da çalışan təlimçilər əvvəlcədən təyin edilmiş və akademik partnyorlarımızıınn tədris proqramı ilə dərsləri keçə bilər. Kənar metod və vasitələrin tətbiqi yol verilməzdir.

Təlimçilər dərsdən kənar saatlarda nə etməlidir?

Təlimçilərin dərsdən kənar müddətdə BROOK-un ofisində dayanmaq məcburiyyəti yoxdur. İstəyə bağlı olaraq bu müddətdə özünü inkişaf proqramlarından istifadə edə bilərlər.

Təlimçilər tələbələrə əlavə vəsait verə bilər?

Təlimçilər dərsdə keçilən mövzular və həmin mövzuya aid ev tapşırıqlarından kənar heç bir vəsait və materialı tələəbələrə tövsiyyə edə yaxud verə bilməz.

Back To Top