General English
Dərslər
4 əsas istiqamət olmaqla akademik partnyorlarımızın tədris proqramı əsasında həyata keçirilir. Hər səviyyə üzrə kurs proqramı, bir neçə müəllimin tədris etdiyi fərqli dərslərdən, hər dərs üçün nəzərdə tutulmuş quiz imtahanları, bacarıq və inkişaf imtahanlarından ibarət qarışıq və unikal sistemdir.
Dərs qrupları
Tələbələrin qeydiyyat zamanı 3 istiqamət əsas götürülərək dərs qrupları müəyyənləşdirilir.
Kurs və dərs müddəti
Hər səviyyə üzrə ümumi kurs proqramı və dərslərin miqdarı, tələbənin qeydiyyat zamanı yerləşdiyi səviyyədən asılı olaraq dəyişə bilər.
Tədris planı
Ümumi İngilis dili kursunun bütün səviyyələri üzrə tədris planına baxa bilərsiniz.
Səviyyə keçid imtahanı
Bir səviyyə üzrə dərs proqramı yekunlaşdıqdan sonra tələbələr səviyyə keçid imtahanına qatılır. Əsas 4 istiqamət üzrə ortalama keçid balı uyğun olan tələbələr növbəti üst səviyyəyə keçir və üst səviyyədə dərslərə başlanılır. Midterm və Final imtahanları ödənişsizdir. İmtahanlarıın nəticəsi olaraq tələbələrin mənimsəmə səviyyəsi ölçülür.
Keçid balı hesablanarkən əsas imtahanlardan əlavə, məcburi və istəyə bağlı tapşırıqların nəticələrinə və dərs davamiyyətinə nəzər yetirilir.
Keçid balından aşağı nəticə toplayan tələbələr əvvəlki səviyyədə yenidən dərslərini davam etdirirlər. Yenidən eyni bilik səviyyəsində tədris müddəti 2 ay 24 dərsdən ibarətdir.
Eyni səviyyəni 2 dəfə keçə bilməyən tələbələr kursdan uzaqlaşdırılır.
Sertifikat
Kursu müvəffəqiyyətlə başa vuran tələbələrə iştirak sertifikatı təqdim edilir. Ümumi 100 bal olaraq dəyərləndirilən, bilik göstərici sertifikatı isə yalnız 70 balın üzərində nəticə göstərən tələbələrə verilir.
Kursun ödənişi
Ümumi İngilis dili kursunun bütün səviyyələri üzrə tədris planına baxa bilərsiniz.
Ümumi ödənişi 180 azn olan bu kurs üçün əvvəlcədən təyin olunmuş günlərə əsasən hissəli formada aylıq ödəniş edə bilərsiniz. Rus bölməsini seçən tələbələrə bir səviyyənin kurs ödənişi 210 azn olaraq hesablanır.
- Dərslər
- Çap vəsaitləri
- İmtahan materialları
- Audio platforma
Ümumi ödənişi 210 azn olan bu kurs üçün əvvəlcədən təyin olunmuş günlərə əsasən hissəli formada aylıq ödəniş edə bilərsiniz. Rus bölməsini seçən tələbələrə 1 səviyyənin kurs ödənişi 240 azn olaraq hesablanır.
- Dərslər
- Çap vəsaitləri
- İmtahan materialları
- Audio platforma
