Dərslər
Bu kurs kompüterlərlə yeni tanış olan və Windows 10/11 əməliyyat sisteminin xüsusiyyətlərindən və funksionallığından istifadə etməli olan istifadəçilər üçün nəzərdə tutulub. Bu kurs istifadəçilərə kompüterdən, proqramlar və internetdən doğru istifadə etmək təcrübəsini aşılayacaq.
Dərs metodu
Dərslər 50% nəzəri, 50% praktiki fəaliyyətlərdən ibarətdir. Öyrənilmiş nəzəri biliklərin praktiki tapşırıqlar üzərində həyata keçirilməsi dərsi daha dərindən mənimsəməyə şərait yaradır.
Kurs və dərs müddəti
Ümumi kurs müddəti seçdiyiniz cədvəldən asılı olaraq dəyişə bilər.
Tədris planı
Ümumi kompüter bilikləri kursunun bütün modullar üzrə tədris planına baxa bilərsiniz.
Sertifikat
Kursu müvəffəqiyyətlə başa vuran tələbələrə iştirak sertifikatı təqdim edilir. Ümumi 100 bal olaraq dəyərləndirilən, bilik göstərici sertifikatı isə yalnız 70 balın üzərində nəticə göstərən tələbələrə verilir.
Kursun ödənişi
Sizə uyğun qiymət paketlərindən birini seçə bilərsiniz.
Bu paketi seçməklə ümumi 320 AZN olan 8 dərslik kurs ödənişini hissəli formada ödəmək imkanı qazanırsınız.
Bu paketi seçməklə ümumi 320 AZN olan 8 dərslik kurs ödənişinə 80 AZN endirim əldə edirsiniz.
